Bakıda yeniyetmə motosikletlə qəza törətdi
Hadisə
- 11 noyabr, 2020
- 21:16
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Səbail rayonunda qeydə alınıb.
2006-cı il təvəllüdlü Ələsgərov Murad Namiq oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən avtomobillə toqquşub. Ağır bədən xəsarətləri alan yeniyetmə təcili yardımın köməkliyi ilə 3 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılıb.
Müayinə zamanı ona qapalı kəllə-beyin travması, sağ bud sümüyünün və sol baldır sümüklərinin yerdəyişən sınıqları diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
05:05
Ali Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
Daxili siyasət04:54
Tramp: Təyyarəqayırma sənayesi müdafiə ehtiyaclarının təminatında çətinlik çəkir
Digər ölkələr04:29
Venesuelada zəlzələ qurbanlarının sayı artıb
Digər ölkələr04:01
Çindəki zooparkda 100-dən çox heyvanı sel aparıb
Digər ölkələr03:36
SEPAH: Xameneinin dəfn olunduğu Məşhəddə terror aktı törədilib
Region03:09
Barak Ravid: ABŞ ilə İran arasında danışıqlar davam etdirilir
Digər ölkələr02:43
Daçiç: Kosovo BMT-nin üzvü deyil və heç vaxt da olmayacaq
Digər ölkələr02:38
Didye Deşam: "Ardıcıl üçüncü dəfə dünya çempionatının yarımfinalına yüksəlmək böyük uğurdur"
Futbol02:27