Bakıda yaşayış binasının həyətində yanğın olub
Hadisə
- 25 may, 2021
- 20:17
Bakıda yanğın hadisəsi qeydə alınıb.
Bu barədə "Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Nazirliyin "112" qaynar telefon xəttinə Nəsimi rayonu, Möhsün Sənani küçəsində (S.Vurğun küçəsi ilə kəsişməyə yaxın ərazi) beşmərtəbəli yaşayış binasının həyətində yanğın olması barədə məlumat daxil olub. FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.
İlkin məlumata görə, sahəsi təqribən 20 m² olan taxta konstruksiyalardan ibarət tikili yanıb. Yanğın bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğının yayılmasının qarşısı alınıb, yanğın qısa müddətdə məhdudlaşdırılaraq tam söndürülüb.
Əlavə məlumat veriləcək.
Son xəbərlər
20:31
Heqset: ABŞ Hörmüz boğazını 30 gün ərzində minalardan təmizləyə bilər
Digər ölkələr20:29
Uolts: ABŞ İranla sazişi iyunun 14-də imzalamağı gözləyir
Digər ölkələr20:14
Foto
Xankəndi Mədəniyyət Mərkəzində Milli Qurtuluş Gününə həsr edilmiş ilk konsert olub
Daxili siyasət20:05
Putin və Tramp arasında telefon danışığı olub
Digər ölkələr19:49
Hindistan gəmisi Oman sahillərində batıb, 14 nəfər xilas edilib
Digər ölkələr19:39
Lüis Hemilton "Formula-1" Qran-prisinin qalibi olub
Formula 119:25
Tramp İranla sülh nizamlanması çərçivəsində İsrailin Beyruta zərbəsini pisləyib
Digər ölkələr19:12
Ben Blək: ABŞ-Azərbaycan tərəfdaşlığında yeni fəsil başlayır
Xarici siyasət19:01