Bakıda yanğın olub, 22 nəfər təxliyə edilib
Hadisə
- 24 iyun, 2025
- 16:50
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yaşayış binasında yanğın olub.
Bu barədə "Report"a Fövqəladə Hallara Nazirliyindən məlumat verilib.
Bildirilib ki, əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində doqquzmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 46kv.m. olan ikiotaqlı mənzilin bir otağının yanar konstruksiyaları və ev əşyaları 10kv.m sahədə yanıb.
Təhlükəsizlik tədbirləri çərçivəsində 4-ü uşaq olmaqla 22 nəfər bina sakini təxliyə edilib.
Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.
Bakıda yanğın olub, 22 nəfər təxliyə edilib
Son xəbərlər
11:51
Azərbaycan ADB ilə istilik sektorunda "yaşıl enerji"nin inteqrasiyasını müzakirə edib
Energetika11:51
Ağdərədə iki nəfərin xəsarət aldığı mina hadisəsində şəxsin ayağının bir hissəsi amputasiya olunub - YENİLƏNİB
Hadisə11:50
"Kapital Bank" istiqrazları üzrə hərracın tarixi açıqlanıb
Maliyyə11:44
Seymur Məmmədov: "Çempionlar Liqasının qrupunda qalmaq "Zirə" üçün yaxşı nəticə sayılmaz"
Futbol11:41
Buzovnada dənizdə 3 nəfər batıb, 1-nin meyiti tapılıb
Hadisə11:29
Foto
AEM vətəndaşları aldatmağa yönəlmiş saxta məlumatlar barədə xəbərdarlıq yayıb
Sağlamlıq11:26
İtaliyada avtoqəzada 6 nəfər ölüb, 34 nəfər yaralanıb
Digər ölkələr11:14
Vladimir vilayətində "Wildberries" anbarına PUA hücumu zamanı üç nəfər yaralanıb - YENİLƏNİB-2
Region11:13
Foto