Bakıda quldurluq etməkdə şübhəli bilinən şəxs Tərtərdə saxlanılıb
- 13 dekabr, 2025
- 12:28
Bakının Nizami rayonunda quldurluq etməkdə şübhəli bilinən şəxs Tərtər rayonunda müəyyən edilərək saxlanılıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, əvvəllər də oğurluq və quldurluqla əlaqəli cinayətlərə görə məhkum edilən 55 yaşlı Zaman Bayramov yaşadığı evə doğru gedən qadına yaxınlaşaraq onu kəsici-deşici alətlə hədələyib.
O, bu yolla qadına məxsus 1300 manat dəyərində iki qızıl üzüyü və çantasındakı 50 manatını talayaraq hadisə yerindən qaçıb.
Keçirilən əməliyyat-axtarış tədbiri ilə Zaman Bayramov polis əməkdaşları tərəfindən Tərtər rayonunda müəyyən edilərək saxlanılıb. Aparılan araşdırmalarla saxlanılan şəxsin taladığı qızıl-zinət əşyalarını zərgərlik mağazasında satdığı məlum olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.