Bakıda qadın polis qəza törədib, 3 nəfər xəsarət alıb
Hadisə
- 30 noyabr, 2016
- 11:58
Bakı. 30 noyabr. REPORT.AZ/ Bakının Qaradağ rayonunda qadın polis idarə etdiyi avtomobillə qəza törədib.
"Report"un xəbərinə görə, hadisə Səngaçal qəsəbəsində qeydə alınıb.
Belə ki, 1977-ci il təvəllüdlü Abdullayeva Mətanət Çapay qızı idarə etdiyi "Nissan" markalı avtomobili aşırıb. Nəticədə sürücü də daxil olmaqla 3 nəfər xəsarət alıb.
Xəsarət alanlar 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər. Onlardan 2-si ilkin yardım göstərildikdən sonra evə buraxılıb. M.Abdullayevanın vəziyyəti isə ağırdır.
Qeyd edək ki, M.Abdullayeva Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşıdır. Xəsarət alan digər 2 nəfərin də M.Abdullayevanın iş yoldaşı olduğu bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
17:41
Paşinyan Tokayevi Ermənistana səfərə dəvət edib
Region17:40
Bakıda iki istilik təchizatı obyekti yenidən qurulur
Energetika17:38
"Orhus"un baş məşqçisi Yakop Poulsen: "Sabah"la oyunda bizi nələrin gözlədiyini bilirik"
Futbol17:38
İqnasio Kassis: İsveçrənin Bakıdakı səfirliyi əlaqələrin inkişafında əsas rol oynayır
Xarici siyasət17:29
Premyer Liqanın debütantı "Koventri" heyətini Karl Raşuortla gücləndirib
Futbol17:19
Bakı və rayonlarda ötən ay 78 aptek yoxlanılıb, 11-də nöqsan aşkarlanıb
Sağlamlıq17:14
Romada İsrail-Livan görüşü – "Hizbullah" da HƏMAS-ın aqibətini yaşayacaq - ŞƏRH
Analitika17:11
"Bahar" yatağında hasilat azalıb
Energetika16:59