Bakıda piyadanı vuraraq öldürən sürücü saxlanılıb
Hadisə
- 22 may, 2021
- 07:39
Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində “Toyota” markalı avtomobillə yolu keçən qəsəbə sakini İntiqam Rəsulov vurulub, sürücü hadisə yerini tərk edib.
Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ölümlə nəticələnmiş yol qəzasını törədən qeyd edilən avtomobilin sürücüsü, Bakı şəhər sakini Q.Məmmədov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
05:10
DÇ-2026: Braziliya - Haiti oyununda ikinci qol vurulub - YENİLƏNİR-2
Futbol04:55
Konqoda eboladan ölənlərin sayı 245-ə çatıb
Digər ölkələr04:29
İsmael Saybari Şotlandiya - Mərakeş oyununun ən yaxşısı olub
Futbol04:03
İngiltərədə qatarların toqquşması nəticəsində bir nəfər ölüb, 89 nəfər yaralanıb - YENİLƏNİB
Digər ölkələr03:59
DÇ-2026: Mərakeş Şotlandiya üzərində qələbə qazanıb - YENİLƏNİB-4
Futbol03:30
"Axios": Rubio gələn həftə bir neçə Yaxın Şərq ölkəsinə səfər etməyi planlaşdırır
Digər ölkələr03:08
Tramp Avropanın Ukrayna üçün silahlara görə 350 milyard dollar ödəməli olduğunu bildirib
Digər ölkələr02:39
Maurisio Poçettino: "ABŞ millisi DÇ-2026-da güclü rəqiblərə qarşı çıxış edir"
Futbol02:32