Bakıda mağazadan ərzaq oğurlayarkən kamera görüntüsünə düşmüş qadınlar saxlanılıb
Hadisə
- 20 aprel, 2015
- 06:43
Bakı. 20 aprel. REPORT.AZ/ Bakıda mağazadan ərzaq məhsulları oğurlayarkən kamera görüntüsünə düşmüş qadınlar saxlanılıb.
Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən bildirilib.
Belə ki, aprelin 16-da saat 11 radələrində, Şağan qəsəbə sakinləri 1963-cü il təvəllüdlü Janna Nikolayevna Məmmədova və 1969-cu il təvəllüdlü Məhəbbət Mirzə qızı Məmmədova Rauf Qasımova məxsus qeyd olunan qəsəbədə yerləşən mağazadan ərzaq məhsulları oğurlayan zaman kamera görüntüsünə düşüb.
Aprelin 17-də onlar təkrar mağazadan oğurluq edərkən Xəzər Rayon Polis İdarəsinin (RPİ) 1-ci Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən saxlanılıblar.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Son xəbərlər
13:45
Dünya çempionatı: İsfahan Həsənov ikinci görüşündə də qələbə qazanıb - YENİLƏNİB
Fərdi13:43
Rusiyanın zərbəsindən sonra Dneprdə ammonyak sızması baş verib
Digər ölkələr13:37
Azərbaycanda keçiriləcək ilk U-15 dünya çempionatının təşkili ilə əlaqədar Sərəncam imzalanıb
Futbol13:32
Qurban Məcnunov Bakıda keçirilən dünya çempionatındakı ikinci görüşündə məğlub olub - YENİLƏNİB-2
Fərdi13:29
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırılıb, yeniləri təyin edilib
Xarici siyasət13:28
Şerzod Xocayev Özbəkistanın energetika naziri təyin edilib
Region13:23
Azərbaycanda miqrasiya prosedurları elektronlaşdırılıb
Daxili siyasət13:18
Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə minib
Maliyyə13:04