Bakıda Lokomotiv deposu ərazisində mərmi aşkar edilib
Hadisə
- 02 iyul, 2021
- 11:29
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonunda yerləşən Lokomotiv deposunun ərazisində polis əməkdaşı tərəfindən mərmi aşkar edilməsi barədə məlumat daxil olub.
FHN-dən "Report"un məlumatına görə, məlumat əsasında dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən tapılan sursatın döyüş tətbiqinə yararlı bir ədəd 23 mm-lik zenit mərmisi olduğu müəyyən edilib. Aşkar edilmiş sursat zərərsizləşdirilməsi üçün pirotexniklər tərəfindən müvafiq qaydada ərazidən götürülüb.
Hadisə yerinə və ətraf əraziyə təkrar baxış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
Son xəbərlər
13:07
"Araz-Naxçıvan" Alexandro Herrera ilə müqavilə imzalayıb
Futbol13:04
Amerikalı MMA idmançısı Çarlz Conson: "Bakıda azarkeşlər tərəfindən qarşılanmağım möhtəşəm idi"
Fərdi13:02
Nazir müavini: "Mingəçevir Sənaye Parkında minlərlə iş yeri yaradılacaq"
ASK13:01
Azərbaycanın ən böyük elektrik stansiyasının istehsal həcmi açıqlanıb
Energetika13:00
Narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib
Hadisə12:59
Bakı–Naxçıvan aviareysləri ildırımlı hava şəraiti səbəbindən ləğv edilib
İnfrastruktur12:58
Sabah Bakıda və rayonlarda yağış yağacaq
Ekologiya12:55
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
Daxili siyasət12:54