Bakıda kütləvi dava olub, iki nəfər bıçaqlanıb
Hadisə
- 01 mart, 2017
- 08:20
Bakı. 1 mart. REPORT.AZ/ Bakıda kütləvi dava zamanı iki nəfər bıçaqlanıb.
"Report"un xəbərinə görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, Biləcəri qəsəbəsində 1989-cu il təvəllüdlü Hüseynov Elnur Yusif oğlu və dostu Röyal Məmmədov küçədə naməlum 3 nəfər tərəfindən döyülüb. Naməlum şəxlərdən biri üzərində gəzdirdiyi bıçaqla E.Hüseynovun bədən nahiyəsinə R.Məmmədovun isə ayağına zərbə vurub. Daha sonra həmin şəxslər hadisə yerini tərk ediblər.
Yaralılar küçədəki şəxslərin köməkliyi ilə xəstəxanaya yerləşdirilib.
Binəqədi Rayon Polis İdarəsinin 6-ci Polis Bölməsinin əməkdaşları hadisəni törədən şəxslərin axtarışına başlayıb. Xəsarət alan hər iki şəxsin izahatı alınıb.
Son xəbərlər
15:19
Leypsiq aeroportunda PUA tapılıb
Digər ölkələr15:15
Elnur Cəfərov: "Həm xarici, həm də daxili arenada "Gəncə"ni uğurla təmsil etmək istəyirik"
Komanda15:12
Hikmət Hacıyev: Azərbaycan Ermənistanla sülh prosesini əməli addımlarla sübut edib
Xarici siyasət15:12
Kobaxidze: Gürcüstanın valyuta ehtiyatları tarixi maksimuma çatıb
Region15:10
Foto
Lənkəranın kanalizasiya sistemi yenilənir
İnfrastruktur15:05
Ukrayna ilə Latviya arasında müdafiə və enerji təhlükəsizliyi məsələləri müzakirə olunub
Digər ölkələr15:02
Arif Əsədov: "Sabah"ın "Orhus"u üstələmək üçün kifayət qədər gücü var"
Futbol14:59
"Azercell"dən illik "ZengimCELL" xidməti
İKT14:58