Bakıda köməkçi tikilidə və qarajda yanğın olub, xəsarət alan var
Hadisə
- 27 oktyabr, 2024
- 18:24
Bakıda köməkçi tikilidə və qarajda yanğın olub.
“Report” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Məlumata görə, Sabunçu rayonunda ümumi sahəsi 192 m² olan birmərtəbəli mansard tipli (1-ci mərtəbədə 1 otaq, qaraj, qazanxana və mətbəx yerləşir) köməkçi tikilinin mansardının yanar konstruksiyaları 96 m² sahədə, 1-ci mərtəbəsinin yanar konstruksiyaları 78 m² sahədə, qarajın içərisində “Volkswagen" markalı minik avtomobilinin yanar hissələri, 1 ədəd “Golf Car” avtomobili, 1 ədəd skuter və 1 ədəd generator yanıb.
Hadisə zamanı 1 nəfər yanıq xəsarəti alıb. Tikilinin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Son xəbərlər
19:16
Foto
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib
Daxili siyasət19:13
Foto
Niderlandlı mütəxəssis Edmond Klaus AFFA-nın texniki direktoru təyin edilib
Fərdi19:07
Foto
Zəngilan və Cəbrayılda sakinlərlə növbəti görüşlər keçirilib
Sosial müdafiə18:58
Gürcüstan və Qazaxıstan arasında strateji tərəfdaşlıq haqqında bəyanat imzalanıb
Region18:53
Foto
Hesablama Palatası: Aqrar Universitetdə aşkar olunan nöqsanların aradan qaldırılması tapşırılıb
Maliyyə18:49
Tokayev: Qazaxıstan BTC ilə neftin nəqlini artıracaq
Energetika18:31
MÜTDA: Şagirdlərin dərs və məşğələdə mobil telefondan istifadəsi qadağan edilir
Elm və təhsil18:27
Foto
ICMP Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılmasını dəstəkləməyə hazırdır
Sağlamlıq18:15