Bakıda evdən 15 min manatlıq oğurluq olub
Hadisə
- 20 oktyabr, 2025
- 12:27
Bakıda oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Nəsimi rayonunda yerləşən evlərin birindən 15 min manat dəyərində qızıl-zinət əşyaları və nağd pulun talanması barədə polisə məlumat daxil olub. Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 38 yaşlı Z.Qasımov müəyyən olunaraq saxlanılıb.
Rayon ərazisində bir nəfərin içərisində 580 manat, bank kartları və sənədlər olan pul kisəsini oğurlamaqda şübhəli bilinən 66 yaşlı qadın da polis əməkdaşları tərəfindən saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
01:50
DÇ-2026: Panama - İngiltərə matçında ilk hissə bitib - YENİLƏNİR
Futbol01:49
Abbas Əraqçi İraqa səfər edəcək
Region01:49
DÇ-2026: Xorvatiya Qana ilə oyunda fasiləyə öndə yollanıb - YENİLƏNİR-2
Futbol01:26
Tramp Gömrük Xidmətinin rəhbəri postuna Lens Şroyerin namizədliyini irəli sürüb
Digər ölkələr01:02
Qurban Qurbanov: "Qarabağ" hələ optimal formasından uzaqdır"
Futbol00:37
İsrailin Livana hücumlarında ölənlərin sayı 4246 nəfərə çatıb
Digər ölkələr00:10
"UFC Fight Night Baku": Rafael Fiziyev və digər üç idmançıya əlavə ödəniş olunacaq
Fərdi23:57
Rafael Fiziyev: "Birinci raunddan sonra sol gözümlə yaxşı görə bilmirdim"
Fərdi23:45