Bakıda avtomobil piyadanı vuraraq öldürüb, sürücü qaçıb
Hadisə
- 10 oktyabr, 2022
- 06:44
Bakıda avtomobil piyadanı vuraraq öldürüb, sürücü qaçıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə oktyabrın 9-u saat 21 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsində qeydə alınıb.
Belə ki, həmin ərazidə yolu keçən paytaxt sakini Məzahir Nağızadə müəyyən edilməyən avtomobillə vurulub və o, hadisə yerində ölüb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Nissan” markalı avtomobillə törədilməsi müəyyən edilib. Yol qəzasını törədərək hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsinin sürücüsü, paytaxt sakini Ravil Kərimov saxlanılıb.
Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
Son xəbərlər
17:49
Azərbaycanın U-17 və U-19 millilərinin Avropa çempionatının I mərhələsindəki rəqibləri bəlli olub
Futbol17:39
Ekspert: "Xaricdən gətirilən sortların xəstəlik və zərərvericilərə qarşı davamlılığı öyrənilməlidir"
ASK17:36
Tramp: Kürdlər bizi pis vəziyyətdə qoydu, bunu unutmayacağam
Digər ölkələr17:36
Ötən ay 68 nəfər Azərbaycana geri qaytarılıb
Daxili siyasət17:32
Bağış Əhmədov: "2030-cu ilə qədər aqrar sahədə əlavə dəyərin 10 % artması gözlənilir"
ASK17:32
Tramp: Bu gün axşam İran daha böyük və güclü bombardman olunacaq
Digər ölkələr17:28
Foto
"Qarabağ" klubunun İdarə Heyətinin iclası keçirilib
Futbol17:28
Nazir: "Macarıstan universiteti Azərbaycanda filialını açmaqda maraqlıdır"
ASK17:28