Bakıda avtomobil 69 yaşlı qadını vurub
Hadisə
- 22 noyabr, 2016
- 09:06
Bakı. 22 noyabr. REPORT.AZ/ Bakıda yolu keçmək istəyən 69 yaşlı qadını avtomobil vurub.
"Report"un xəbərinə görə, hadisə Nizami rayonu, 8-ci kilometr qəsəbəsində qeydə alınıb. Belə ki, 1947-ci il təvvəllüdlü Əliyeva Lətifə Abdul qızı yolu keçmək istəyərkən onu "Toyoto Prado" markalı avtomobil vurub.
Xəsarət alan qadını "Toyoto Prado" markalı avtomobilin sürücüsü xəstəxanaya çatdırıb. Qadın əməliyyat olunub. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsində araşdırma aparılır. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, "Toyoto Prado" markalı avtomobilin sürücüsü özünü jurnalist kimi təqdim edib. Onun adı açıqlanmayıb.
Son xəbərlər
01:48
ISNA: Pezeşkianın istefası ilə bağlı iddialar yalandır
Region01:18
Bəqai: İranın hücum etdiyi gəmilər neft-qaz yox, ABŞ üçün silah-sursat daşıyırdı
Region00:49
İsrail hərbçiləri Qəzzada HƏMAS-ın hərbi qanadının iki komandirini öldürüblər
Digər ölkələr00:11
Kassis: Azərbaycan Şərqlə Qərb arasında körpü rolunu oynayır
Xarici siyasət00:05
Dron hücumuna məruz qalan Türkiyəyə məxsus gəminin şəxsi heyəti Rusiyaya təxliyə olunub - YENİLƏNİB
Region23:51
Türkiyə və HƏMAS arasında Qəzza ilə bağlı danışıqlar aparılıb
Region23:45
Nəriman Axundzadə karyerasını Türkiyə Superliqasında davam etdirəcək
Futbol23:38
Almaniya ordusunun xüsusi bölməsi Litva-Belarus sərhədində yerləşdirilib
Digər ölkələr23:26