Bakıda “Aşura” mərasimi keçirmək istəyənlər saxlanıldı
Hadisə
- 30 avqust, 2020
- 06:56
Sabunçu rayonu ərazisində bir qrup şəxsin “Aşura” mərasiminin keçirilməsi ilə əlaqədar məscidlərdən birinin qarşısına toplaşdıqları müəyyən olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, onlar ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılaraq 42-ci Polis Bölməsinə gətiriliblər.
Polis Bölməsində onlarla izahedici söhbətlər aparılıb. Xüsusi karantin rejimi qaydalarını pozaraq sosial məsafəni gözləmədiklərinə görə 12 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM-in) 211.2-ci maddəsi ilə inzibati protokol tərtib olunaraq hər biri 100 manat məbləğində cərimə olunub.
Son xəbərlər
11:02
Azərbaycanın futzal millisinin toplanışına 18 oyunçu dəvət alıb
Komanda10:49
Foto
Azərbaycan nümayəndə heyəti II İlyanın dəfn mərasimində iştirak etmək Tbilisiyə gəlib
Xarici siyasət10:45
Foto
İrandan Azərbaycana indiyədək 76 ölkənin 2 921 vətəndaşı təxliyə olunub
Xarici siyasət10:37
Video
Sumqayıt şəhərində tonqalda baş berən partlayış zamanı xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB-3
Hadisə10:33
Ötən gün qanunsuz saxlanılan 7 tüfəng aşkarlanıb
Hadisə10:23
Ötən gün 40,9 kq narkotik vasitə aşkar edilib
Hadisə10:09
Modriç Avropanın "Top-5" liqalarında ən çox oyun keçirən ikinci futbolçu olub
Futbol10:02
Ötən gün axtarışda olan 34 nəfər saxlanılıb
Hadisə09:45