Bakıda ahıl yaşlı qadın soyulub
Hadisə
- 10 dekabr, 2014
- 06:38
Bakı. 10 dekabr. REPORT.AZ/ Bakıda ahıl yaşlı qadına qarşı soyğunçuluq edilib. Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat daxil olub. Xəzər Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi, 1-ci Polis Bölməsi Post Patrul Xidməti Bölüyü əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, dekabrın 8-də saat 17:00 radələrində, Mərdəkan qəsəbəsində qəsəbə sakini, 1936-cı il təvəllüdlü Fəridə Nəsirovanın içərisində 267 manat və təqaüd kartı olan əl çantasını alıb qaçmaqla soyğunçuluq törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Həsənbala Tahirov tutulub. Araşdırma zamanı H.Tahirovun əvvəllər məhkum olunduğu məlum olub.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
06:36
Konqoda Ebola qızdırmasından ölənlərin sayı 1 400-ü ötüb
Digər ölkələr06:08
Ərdoğanın sədrliyi ilə AK Partinin iclası keçiriləcək
Region05:39
İrana zərbələr dayandırılandan sonra neft ucuzlaşır
Energetika05:10
WSJ: ABŞ-nin raket ehtiyatları haqqında məlumatların dərci milli təhlükəsizliyə təhdid yarada bilər
Digər ölkələr04:40
Kastamonuda daşqına görə sakinlərin təxliyəsinə başlanılıb
Region04:13
Böyük Britaniya "Stone Cloak" REM sisteminin hüquqlarını Ukraynaya verəcək
Digər ölkələr03:45
Əhməd Əl Şaraa: Suriya və Rusiya hərbi bazaların taleyini müzakirə edir
Digər ölkələr03:15
İrandan Kiyevə mesaj: Hücumlar cavabsız qalmayacaq
Region02:39