Bakıda 47 yaşlı kişi küt alətlə döyülüb
Hadisə
- 20 oktyabr, 2016
- 06:35
Bakı. 20 oktyabr. REPORT.AZ/ Bakının Sabunçu rayonunda döyülmə hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Bakıxanov qəsəbəsi Dalan 2 ünvanında qeydə alınıb.
Belə ki, 47 yaşlı Baxşıyev Qoşqar Oruc oğlu evinə doğru hərəkət edən zaman tanımadığı şəxslərlə rastlaşıb. Onlarla mübahisə edən Q.Baxşıyev döyülüb.
Baş nahiyəsindən küt alətlə zərbə alan Q.Baxşıyev təcili tibbi yardım maşını ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti orta-ağırdır.
Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Bölməsinin (PB) əməkdaşları hadisənin baş verdiyi ünvanda araşdırma aparıb. Faktla bağlı cinayət işi başlanılıb.
Son xəbərlər
16:58
Rusiya XİN: İrəvan Moskva ilə konstruktiv dialoq aparmağa can atmır
Region16:48
İpoteka və Kredit Zəmanət Fondunun mənfəəti 16 %-dən çox artıb
Maliyyə16:43
"Europol" miqrantların qeyri-qanuni daşınmasında şübhəli bilinən suriyalıları saxlayıb
Digər ölkələr16:41
"Trabzonspor" Məhəmməd Salahın transferini açıqlayıb
Futbol16:36
"Ziraat Bank Azərbaycan"ın istiqrazları üzrə hərracın tarixi açıqlanıb
Maliyyə16:35
Foto
Səfir: Azərbaycan Türkmənistanın "Beynəlxalq Hüquq İli"nə dair təşəbbüsünü dəstəkləyib
Xarici siyasət16:31
Foto
AFFA "Şamaxı" və "Qəbələ" akademiyalarında maarifləndirici təlim keçib
Futbol16:31
Foto
AMB Nyu-York Federal Ehtiyatlar Bankı ilə valyuta ehtiyatlarının idarə olunmasını müzakirə edib
Maliyyə16:28
Foto