Bakıda 23 yaşlı gənc yol qəzasında xəsarət aldı

Hadisə
  • 12 fevral, 2021
  • 19:23
Bakıda 23 yaşlı gənc yol qəzasında xəsarət aldı

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1998-ci il təvəllüdlü Abdullayev Seymur Abbas oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona aşıq-baldır oynağının və diz nahiyəsinin əziyi, təpə nahiyəsinin çapılmış yarası diaqnozları qoyulub.