Bakı sakininin “Topaz” kuponu zorla əlindən alınıb
Hadisə
- 25 sentyabr, 2020
- 08:25
Bakıda soyğunçuluq hadisəsi baş verib.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Yasamal Rayon Polis İdarəsinin (RPİ) 27-ci Polis Bölməsinə (PB) sentyabrın 23-də rayon ərazisindəki parkların birində 2 nəfərin Bakı şəhər sakini K.Dostuməliyevə zor tətbiq edərək 100 manat pulunu və 681 manat dəyərində “Topaz” kuponunu alması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri, əvvəllər məhkum olunmuş Ç.Nəsirov və S.Hüseynzadə müəyyən edilərək saxlanılıb.
Yasamal RPİ tərəfindən araşdırma aparılır.
Son xəbərlər
09:17
Mənbə: Mbappe zədə səbəbindən Fransa millisinin məşqini tərk edib
Futbol09:00
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinal oyununa çıxır
Komanda08:53
Foto
Arkadağda Şirvani və Azadinin yaradıcılığına həsr olunan elmi konfrans keçirilib
Mədəniyyət siyasəti08:46
Kim Çen İn Şimali Koreya HDQ-nin "Kang Kon" esminesinin sınaqlarını izləyib
Digər ölkələr08:13
ABŞ konqresmeni İrana təkrar zərbələrin qaçılmaz olduğunu bildirib
Digər ölkələr08:00
Ermənistanda parlament seçkilərində səsvermə başlayıb
Region07:43
Vaşinqtonda Hörmüz boğazında gəmiçiliyin bərpasına BMT-nin cəlb edilməsi müzakirə olunur
Digər ölkələr07:30
DİM bu gün dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçirəcək
Elm və təhsil07:15