Bakı–Quba avtomobil yolunda yük maşını beton arakəsmələrə çırpılıb

Hadisə
  • 23 aprel, 2026
  • 17:24
Bakı–Quba avtomobil yolunda yük maşını beton arakəsmələrə çırpılıb

Bakı–Quba avtomobil yolunda hərəkət edən yük maşını arakəsməyə çırpılıb.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə magistralın Xızı rayonundan keçən hissəsində qeydə alınıb.

İlkin məlumata əsasən, yük avtomobili idarəetmədən çıxaraq yolun beton arakəsmələrinə çırpılıb.

Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.