Bakı-Qazax yolunda zəncirvari qəza: 30-a yaxın avtomobil toqquşdu
Hadisə
- 24 fevral, 2021
- 05:23
Bakı-Ələt-Qazax magistral yolunda onlarla avtomobilin iştirakı ilə yol qəzası olub.
"Report" xəbər verir ki, hadisə magistral yolun Ələt qəsəbəsi yaxınlığından keçən hissəsində qeydə alınıb.
Şahidlərin sözlərinə görə, yolların buz bağlaması səbəbindən 30-ya yaxın avtomobil toqquşub.
Hadisə nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ziyan dəyib.
Xatırladaq ki, ötən gün Milli Hidrometeorologiya Xidməti ölkədə temperaturun aşağı düşəcəyi, qarlı və çovğunlu hava şəraitinin olacağı və yolların buz bağlayacağı ilə barədə xəbərdarlıq edib.
Beləliklə, dünən axşamdan müşahidə edilən qarlı-çovğunlu hava şəraiti yollarda nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib.
Son xəbərlər
14:43
Sibiqa: Ukrayna Rusiyanın dəniz blokadasından sonra alternativ ixrac yolları axtarır
Digər ölkələr14:40
Tailandlı futbolçu Sofvan Ave matç zamanı ildırım vurması nəticəsində vəfat edib
Futbol14:32
Xocavənd sakini: İndi yaşadığım sevinc hissi əziyyətli günlərimə məlhəm olacaq
Daxili siyasət14:31
Azərbaycan dünya çempionatında 14 cüdoçu ilə təmsil olunacaq
Fərdi14:26
Pakistanın Baş naziri və ordu komandanı regional gərginlik fonunda Ər-Riyada səfər edəcəklər
Digər ölkələr14:25
ABŞ və İran atəşkəsə dair memorandumun yenilənməsi üzrə danışıqlar aparır
Digər ölkələr14:16
Azərbaycanda kirayə mənzil fonduna daha 204 mənzil əlavə olunub
İnfrastruktur14:12
Rusiyanın Ukraynanın supermarketlər şəbəkəsinin obyektlərinə endirdiyi zərbə nəticəsində 6 nəfər ölüb
Digər ölkələr14:11