Bakı Nəqliyyat Agentliyi sürücülərə xəbərdarlıq edib
Hadisə
- 07 oktyabr, 2018
- 11:05
Bakı. 7 oktyabr. REPORT.AZ/ Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtdakı mövcud hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib.
BNA-dan "Report"a verilən xəbərə görə, xəbərdarlıqda hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq Heydər Əliyev prospekti - Hava limanı avtomagistralının bəzi hissələrində zolaqlar üzrə sürət həddi 20 km/saat endirildiyi bildirilir.
"Eyni zamanda, elektron tablolarda sürüşkən yol işarəsi qoyulub. Məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir. Bakı Nəqliyyat Agentliyi sürücülərə tövsiyə edir ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə riayət etsinlər, həmçinin metereoloji amilləri nəzərə alsınlar", – deyə xəbərdarlıqda bildirilir.
Son xəbərlər
13:41
Hövsanın bəzi hissəsində su kəsiləcək
İnfrastruktur13:41
Paşinyanın yeni hökumətinin prioritetləri – müxalifət, kilsə və sülh prosesi - ŞƏRH
Analitika13:31
Marius Mitu: "Birbaşa Bakı" Çempionlar Liqasında hər matçı qazanmaq üçün mübarizə aparacaq"
Futbol13:28
KOBİA: "Gəncə KOB evi"ndə sahibkarlara 2 000-dən çox xidmət göstərilib
Biznes13:28
Enerji effektivliyi haqqında qanuna dəyişikliklər təsdiqlənib
Maliyyə13:25
İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib
İnfrastruktur13:21
Fransada meşə yanğınları ilə əlaqədar 375 nəfər saxlanılıb
Digər ölkələr13:19
AMB elektron pul təşkilatına icrası məcburi göstəriş verib
Maliyyə13:15