Babək rayonunda iki avtomobil toqquşub, xəsarət alanlar var
Hadisə
- 17 iyul, 2026
- 21:55
Naxçıvan Muxtar Respublikasının Babək rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un yerli bürosu xəbər verir ki, qəza rayonun Xalxal kəndi ərazisindən keçən avtomobil yolunda qeydə alınıb.
Belə ki, iki "Hyundai" markalı avtomobilin toqquşması nəticəsində Babək rayonunun Məzrə kənd sakinləri, 1993-cü il təvəllüdlü Mirəli Mirmehdi oğlu Seyidov və 1993-cü il təvəllüdlü Hatəm Əli oğlu Xələfov xəsarət alıblar.
Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılıb və müalicəyə cəlb ediliblər. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
20:39
Bir həftə əvvəl kanalda batan yeniyetmənin meyiti tapılıb
Hadisə20:34
ABŞ İran olmadan da Hörmüzdən keçidi təmin edəcəyinə söz verib
Digər ölkələr20:09
Foto
Kəngərlidə yol qəzasında xəsarət alanların son vəziyyəti açıqlanıb - YENİLƏNİB
Hadisə20:04
Hindistanda leysan yağışları 19 nəfərin ölümünə səbəb olub
Digər ölkələr19:37
Hakan Fidan: Ümid edirik ki, İran və ABŞ arasında razılaşma bərpa olunacaq
Region19:20
Qazaxıstan dron hücumundan sonra CPC terminalında neft yüklənməsini dayandırıb
Region18:40
Foto
Kürdəmirdə iki yük maşını toqquşub, yüklər yola dağılıb
Hadisə18:39
"Formula 1": Kimi Antonelli Belçika Qran-prisinin qalibi olub
Formula 118:18