​"Azərenerji" ASC-nin yarımstansiyasında yanğın olub

Hadisə
  • 20 mart, 2015
  • 02:08
​Azərenerji ASC-nin yarımstansiyasında yanğın olub

Bakı. 20 mart. REPORT.AZ/ Gecə saatlarında Neftçala rayonunun Şorkənd kəndində "Azərenerji" ASC-yə məxsus 35/10 saylı yarımstansiyada gücü 10 kVt olan transformator yanıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yarımstansiyada olan digər transformator yanğından mühafizə olunub.

Yanğın saat 02:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.