Azərbaycanda PUA-ların xüsusi icazə əsasında dövriyyədə olmasına icazə veriləcək
Hadisə
- 17 may, 2016
- 09:05
Bakı. 17 may. REPORT.AZ/ Azərbaycanda məsafədən idarə edilən pilotsuz uçan aparatların (PUA) xüsusi icazə əsasında dövriyyədə olmasına icazə veriləcək.
"Report"un xəbərinə görə, Milli Məclisin bugünkü plenar iclasında "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında" qanuna dəyişiklik edilib.
İndiyədək siyahıda 17 adda məhsul və avadanlığın adı var idi. Qəbul edilən dəyişikliyə əsasən isə həmin siyahıya məsafədən idarə edilən pilotsuz uçan aparatların adı daxil edilir. Bununla da siyahıda qeyd olunan məhsul və avadanlıqların sayı 18-ə çatır.
Son xəbərlər
04:59
Video
ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib
Digər ölkələr04:45
Malinin müdafiə nazirinin iqamətgahına hücum olub
Digər ölkələr04:17
Tramp İranla telefon danışıqlarının davam etdiriləcəyini düşünür
Digər ölkələr03:54
"Arsenal" İngiltərə Premyer Liqasında liderliyini geri qaytarıb
Futbol03:33
Bəqai: İran Fars körfəzi dövlətləri ilə münasibətlərə böyük əhəmiyyət verir
Region03:07
ABŞ İranı blokadaya almasından sonra 37 gəminin istiqamətini dəyişib
Digər ölkələr02:40
"Mançester Siti" İngiltərə Kubokunun finalına çıxıb
Futbol02:22
İsrailin Baş naziri Livanda "Hizbullah"ın hədəflərinə güclü zərbə endirməyi əmr edib
Digər ölkələr01:57