Azərbaycanda həbsdə olan polkovnik azadlığa buraxıldı - FOTO
Hadisə
- 07 may, 2021
- 11:15
Bakı Hərbi Məhkəməsində rüşvət almada təqsirləndirilən Samiq Əzizovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
“Report”un xəbərinə görə, hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə S.Əzizovun barəsində Cinayət Məcəlləsinin 70-ci (Şərti məhkum etmə) maddəsi tətbiq olunaraq, ona şərti cəza verilib. S.Əzizov məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsində çalışmış polkovnik S.Əzizov 2020-ci ilin may ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluğun keçirdiyi əməliyyat zamanı həbs edilib.
Onun barəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb.
Son xəbərlər
10:05
Dövlət Maliyyə Nəzarəti Xidmətinin fəaliyyəti təkmilləşdirilir
Maliyyə10:03
Qırğızıstanın keçmiş deputatı mütəşəkkil cinayətkarlıqda şübhəli bilinib
Region10:00
Azərbaycan XİN Lüksemburqu Milli Günü münasibətilə təbrik edib
Xarici siyasət09:50
Erlinq Holann Norveç yığmasının dünya çempionatlarındakı rekordçusu olub
Futbol09:47
Pezeşkian: Danışıqlarda irəliləyiş tərəflərin öhdəliklərini yerinə yetirməsindən asılıdır
Digər ölkələr09:44
Azərbaycanın xəmir mayası istehsalçısı təşkilati-hüquqi formasını dəyişir
Biznes09:37
DÇ-2026: Növbəti mərhələ şansını itirən dördüncü komanda məlum olub
Futbol09:35
Foto
Mərakeş səfiri: Qafarova və Qayatın görüşü iki ölkə arasında qardaşlıq əlaqələrini bir daha təsdiqləyib
Xarici siyasət09:35