Azərbaycan vətəndaşı sərhəddən qanunsuz kürü keçirmək istəyərkən saxlanılıb
Hadisə
- 23 noyabr, 2015
- 12:03
Bakı. 23 noyabr. REPORT.AZ/ Dağıstan gömrükçüləri sərhəddən bəyannamə sənədində göstərilməmiş 6 kq-dan çox qara kürünü qanunsuz olaraq Rusiyaya keçirmək istəyən Azərbaycan vətəndaşını saxlayıb.
"Report" "Daqestanskaya Pravda" nəşrinə istinadən xəbər verir ki, hadisə Məhərrəmkənd gömrük keçid məntəqəsində baş verib. Azərbaycandan Rusiyaya keçmək istəyən vətəndaşların gömrük yoxlanışı zamanı onlardan birinin yükündə qeydiyyata salınmamış 6,4 kq qara kürü aşkarlanıb.
Qanunsuz keçirilməsinə cəhd edilən kürü müsadirə edilərək ekspertizaya göndərilib. Ekspertizanın nəticəsinə görə, inzibati və ya cinayət işinin açılacağına qərar veriləcək.
Son xəbərlər
10:42
İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib
Xarici siyasət10:39
Azərbaycanda banklar müstəqil şikayət bölməsi yaradacaq
Maliyyə10:33
Bu gündən Bosniya və Herseqovina ilə Sinqapur vətəndaşları Azərbaycana vizasız gələ biləcəklər
Xarici siyasət10:31
UKMTO: Oman yaxınlığında daha bir tanker hücuma məruz qalıb
Digər ölkələr10:24
Azərbaycanda ötən gün 8 odlu silah aşkarlanıb
Hadisə10:15
Dombrava: Latviya Belarusla sərhədi bağlayıb
Digər ölkələr10:11
2016-cı ildə Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanılıb
Region10:05
CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurub
Futbol09:56