Azərbaycan sərhədini qanunsuz keçən Əfqanıstan vətəndaşlarına hökm oxunub
Hadisə
- 15 sentyabr, 2025
- 13:26

Azərbaycan sərhədini qanunsuz keçən Əfqanıstan vətəndaşlarına hökm oxunub.
"Report"un xəbərinə görə, Əfqanıstan vətəndaşları 2000-c il təvəllüdlü M. R və 2006-cı il təvəllüdlü S. A Azərbaycanın dövlət sərhədini qanunsuz keçərək İrandan Astara rayonu vasitəsilə Azərbaycana keçiblər.
Onlar Astara rayonundan Bakıya oradan Gürcüstana qanunsuz keçmək üçün Balakən rayonuna gediblər.
Balakən rayon ərazisindən Gürcüstana keçməyə cəhd edən zaman Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıblar.
Hər iki Əfqanıstan vətəndaşına Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz pozma) maddəsi ilə ittiham verilib.
Balakən rayon Məhkəməsinin hökmü ilə hər iki Əfqanıstan vətəndaşı 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Son xəbərlər
10:10
Azərbaycan və Somali diplomatik pasport sahibləri üçün vizasız rejim tətbiq edir
Xarici siyasət10:03
"Xilasedici" klubu xorvatiyalı voleybolçu transfer edib
Komanda10:02
"Neftçi"nin basketbol komandasının baş məşqçisi: "Səhvlərin üzərində işləməliyik"
Komanda10:00
Ermənistanda yeparxiya rəhbəri iki ay müddətinə həbs olunub - YENİLƏNİB
Region10:00
Maliyyə Nazirliyi: Əhalinin orta ömrünün artması pensiya sistemi qarşısında mühüm çağırışlar yaradır
Maliyyə09:55
Azərbaycanda informasiya və rabitə sektorunda orta maaş 12 % artıb
İKT09:54
Azərbaycanda dövlət şirkətlərinin borclarının 88 %-ə yaxını xarici valyutadadır
Maliyyə09:54
Foto
Balaxanı qəsəbəsində top mərmisi tapılıb
Hadisə09:52