Azərbaycan-İran sərhədində atışma olub
Hadisə
- 07 avqust, 2015
- 07:49
Bakı. 7 avqust. REPORT.AZ/ Bir qrup şəxsin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçməsinin qarşısı alınıb. "Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.
Belə ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsinin Regional Şöbəsi və Dövlət Sərhəd Xidmətinin Göytəpə Sərhəd Dəstəsinin əməkdaşları tərəfindən Cəlilabad rayonu ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə İran İslam Respublikasından Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçməyə cəhd göstərən bir qrup şəxsin qarşısı alınıb, onlar silahlı müqavimət göstərərək geri çəkiliblər.
Hadisə yerinə baxış zamanı 4 kiloqram 425 qram tiryək aşkar edilərək götürülüb.
Son xəbərlər
16:44
Rusiyada miqrantlar üçün tələblər sərtləşdirilir
Region16:31
"Liverpul" Georgi Mamardaşvilini növbəti mövsümdə icarəyə verməyi planlaşdırır
Futbol16:16
Hörmüz boğazında tanker minaya düşüb
Digər ölkələr16:00
WSJ: SEPAH Qırmızı dənizi və Bab-əl-Məndəbi bloklamaqla təhdid edib
Digər ölkələr15:41
Azərbaycan avarçəkənləri Varezedə keçiriləcək Avropa çempionatında mübarizə aparacaqlar
Fərdi15:40
"Formula 1" üzrə Bəhreyn Qran-prisi Yaxın Şərqdəki vəziyyətlə bağlı Malayziyaya köçürülüb
Formula 115:27
Vuçiç: Serbiya ÜDM artımına görə gələn il Avropada birinci olacaq
Digər ölkələr15:16
"Mançester Yunayted" Aleks Skott üçün 40 milyon funt sterlinq təklif etməyə hazırdır
Futbol15:03