Azərbaycan gömrükçüləri 142 ədəd metadon həbini dövriyyədən çıxarıb
Hadisə
- 05 dekabr, 2019
- 12:24
Dövlət Gömrük Komitəsinin Baş Gömrük İdarəsinin Astara gömrük postunda İrandan piyada qayıdan Azərbaycan vətəndaşı saxlanılıb və sorğu-sual edilib.
"Report" bu barədə Komitəyə istinadən xəbər verir.
Məlumata görə, vətəndaşın üzərində şəxsi yoxlama zamanı qanunla qadağan olunan heç bir predmet aşkar edilməyib. Lakin təkrar sorğu-sualdan sonra o, daxili orqanında narkotik vasitə gizlətdiyini etiraf edib.
Astara Rayon Mərkəzi Xəstəxanasına aparılan həmin şəxsin düz bağırsağında 1 büküm, üzərində "M40" nişanəsi olan 142 ədəd metadon adlı həb aşkarlanıb.
Xatırladaq ki, metadon "Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II siyahısına daxildir.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
13:38
Prezident Gömrük Məcəlləsində dəyişikliyi təsdiqləyib
Maliyyə13:38
Ceyhun Bayramov: TRİPP layihəsi bölgə üçün çox əhəmiyyətlidir
Xarici siyasət13:38
"Hizbullah" lideri: Suriyanın yeni rəhbərliyi ilə görüşməyə hazıram
Digər ölkələr13:35
Azərbaycanda səlahiyyətli iqtisadi operator statusunun verilməsi qaydaları hazırlanacaq
Biznes13:34
Kassis: Azərbaycan Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa arasında mühüm əlaqələndirici halqadır
Xarici siyasət13:34
Oktyabr ayında 12-ci Bakı Beynəlxalq kitab sərgisi keçiriləcək
Mədəniyyət siyasəti13:32
Gömrük əməkdaşlarının əlavə ödənişləri ilə bağlı yeni qaydalar hazırlanacaq
Biznes13:32
Mayorka adasının sahillərində 17 miqrantın meyiti aşkarlanıb
Digər ölkələr13:28