Bakıda avtomobil təmiri sexində ölüm hadisəsi baş verib

Hadisə
  • 06 avqust, 2015
  • 08:04
Bakıda avtomobil təmiri sexində ölüm hadisəsi baş verib

Bakı. 6 avqust. REPORT.AZ/ / Bakının Binəqədi rayonunda yerləşən avtomobil təmiri sexində ölüm hadisəsi baş verib. “Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Belə ki, təmir sexində çalışan Bakı şəhər sakini Rüstəm Qasım oğlu elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.