Avqust ayında dövlət sərhədində dəyəri 4,5 milyon manatdan çox olan qaçaqmal tutulub
- 02 sentyabr, 2025
- 12:03

Avqust ayı ərzində dövlət sərhədində dəyəri 4 milyon 570 min 688 manat оlan qaçaqmal tutulub.
"Report" xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 314 kiloqram 238 qram narkоtik vasitə, 7248 ədəd narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən həb aşkarlanaraq dövriyyədən çıxarılıb.
Ayrı-ayrı istiqamətlər üzrə dövlət sərhədinə yaxın ərazilərdən 1 ton 200 kiloqram yabanı çətənə kolu aşkar olunaraq yandırılıb.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 4 milyon 570 min 688 manat оlan qaçaqmal, о cümlədən ABŞ valyutası, ABŞ istehsalı tapança və darağı, dərman vasitələri, spirtli içki və tütün məmulatları aşkar olunaraq götürülüb.