Astarada minik avtomobili aşıb, gənc sərnişin ölüb
Hadisə
- 22 sentyabr, 2025
- 00:17
Astarada minik avtomobili aşıb, gənc sərnişin ölüb.
"Report"un Cənub bürosunun məlumatına görə, hadisə rayonun Çayoba kəndi ərazisində baş verib.
Belə ki, "VAZ-2107" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı su kanalına aşıb. Qəza nəticəsində avtomobildə olan yeniyetmə, rayonun Vaqo kənd sakini, 2009-cu il təvəllüdlü İgid Ramin oğlu Salayev ağır xəsarətlər alıb.
Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həkiməqədər ölüm faktı qeydə alınıb.
Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayonlararası Zona Mərkəzinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
00:27
ABŞ SEPAH-ın Hörmüz boğazına nəzarət iddiasını təkzib edib
Region00:08
Ukraynada azərbaycanəsilli məmur Kiyev vilayətinə rəhbər təyin olunub
Region23:51
Ukrayna BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edib
Digər ölkələr23:44
Foto
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşüb
Hadisə23:26
İran ABŞ ilə münaqişənin regiondan kənara yayıla biləcəyini bildirib
Region23:10
"İnter Mayami" Kazemironu transfer edib
Futbol23:07
SEPAH Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib
Region23:03
Bakıda dünya çempionatı çərçivəsində tanınmış güləşçilər azarkeşlərlə görüşəcəklər
Fərdi22:59
Foto