TƏBİB Astarada hamilə qadının toyundan sonra ölməsinin ilkin səbəbini açıqlayıb - YENİLƏNİB

Hadisə
  • 29 oktyabr, 2025
  • 13:32
TƏBİB Astarada hamilə qadının toyundan sonra ölməsinin ilkin səbəbini açıqlayıb - YENİLƏNİB

Astarada hamilə qadının toyundan sonra ölməsinin ilkin səbəbi açıqlanıb.

TƏBİB-dən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, oktyabrın 28-i saat 22:00 radələrində 2008-ci il təvəllüdlü qadın Astara Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Pasiyentə 29 həftəlik hamiləlik, ölü döl, köndələn vəziyyət, anuriya, kəskin ağciyər, ürək və böyrək çatmazlığı, toksik ensefalopatiya, septiki şok diaqnozu təyin olunub. Müalicəsi Reanimasiya şöbəsində davam etdirilib və süni tənəffüs cihazı ilə təmin olunub.

"Göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 06:00 radələrində pasiyentin bioloji ölüm faktı qeydə alınıb. Meyit təşrih olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Astara rayon şöbəsinə təhvil verilib", - məlumatda vurğulanıb.

Astarada hamilə qadın toyundan sonra ölüb.

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə rayonun Deqədi kəndində baş verib.

Belə ki, kənd sakini, 2008-ci il təvəllüdlü Ə.İmanovanın dünən toyu olub. Toydan sonra o, özünü pis hiss edib və təcili olaraq Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, gəlin köçən Ə.İmanovanın hələ 18 yaşı tamam olmayıb və o, hamilə imiş.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Bütün Xəbər Lenti