Aqüero "Mançester Citi"nin tarixində ən yaxşı bombardir olub
Hadisə
- 02 noyabr, 2017
- 00:59
Bakı. 2 noyabr. REPORT.AZ/ Argentinalı hücumçu Serxio Aqüero İngiltərənin "Mançester Siti" futbol komandasının tarixində qolların sayına görə birinci yerə çıxıb.
"Report"un məlumatına görə, bu barədə "RT" xəbər verib.
Bildirilir ki, onun futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin IV turunda İtaliyanın "Napoli" komandasının qapısına vurduğu qol Aqüeronun "Mançester Siti"dəki karyerasında 178-cidir.
Qeyd edək ki, "Napoli" (İtaliya) - "Mançester Siti" (İngiltərə) oyunu 2:4 hesabı ilə başa çatıb.
Aqüero bununla Erik Bruku qabaqlayıb. Onun hesabında 177 qol olub.
"Mançester Siti"nin bombardirləri arasında 3-cü yeri 166 qolla Tommi Conson tutub.
Son xəbərlər
09:16
Gəncədə körpə qızdırmadan ölüb
Hadisə09:12
Ursula Fon der Lyayenin Azərbaycana səfəri başa çatıb
Xarici siyasət09:09
ABŞ millisi dünya çempionatları tarixində rekorda imza atıb
Futbol09:07
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (02.07.2026)
Maliyyə08:57
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (02.07.2026)
Maliyyə08:54
Bakıxanov qəsəbəsində yanğın baş verib
Hadisə08:52
"Brent"in qiyməti fevraldan bəri ilk dəfə 71 dollardan aşağı düşüb
Energetika08:44
Foto
Bakının 8 istiqamətində tıxac yaranıb
İnfrastruktur08:36