Ağsunun ucqar dağ kəndində yanğın olub
Hadisə
- 07 fevral, 2021
- 15:38
Ağsu rayonu ərazisində yanğın hadisəsi qeydə alınıb.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, yanğın rayonun ucqar dağ kəndi olan Kalva kəndində, Zahid Nuriyevin həyətindəki çardaqda baş verib.
Yanğını söndürmək üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Ağsu və Şamaxı Dövlət Yanğından Mühafizə hissələrindən ümumilikdə 11 nəfər şəxsi heyət və 2 yanğınsöndürən maşını cəlb olunub.
Alovun yaxınlıqdakı evə və mal-qara saxlanan tövləyə keçməsinin qarşısı alınıb. Buna baxmayaraq, çardağın xeyli hissəsi və 2,2 ton bağlı otun yarıya qədəri yanıb.
Hazırda yanğının tamamilə söndürülməsi üçün səylər davam edir.
Son xəbərlər
19:25
ABŞ Babək Zəncani ilə əlaqəli şirkətlərə və fiziki şəxslərə qarşı sanksiyalar tətbiq edib
Digər ölkələr19:24
Hesablama Palatası I yarımildə 160 milyon manatdan çox nöqsan aşkarlayıb
Maliyyə19:13
Salkın Sarnoqoyeva: Qırğızıstan Azərbaycanla birgə media layihələrinə ümid edir
Mədəniyyət siyasəti19:00
Azərbaycan gələn ilin iyulunda Efiopiya ilə birgə IV Şamaxı Toplantısını təşkil edəcək
Xarici siyasət18:56
"S&P" 2029-cu ilin sonuna qədər neft-qaz qiymətləri ilə bağlı proqnozunu dəyişməyib
Energetika18:53
Foto
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi dövlət ittihamını müdafiə edən prokurorların çıxışları ilə davam etdirilib
Hadisə18:41
Foto
Şamaxıda iqlim danışıqçılarının üçüncü qeyri-rəsmi toplantısı keçirilib
Xarici siyasət18:32
Netanyahu iyulun 27-də Trampın dəvətilə Vaşinqtona səfər edəcək
Digər ölkələr18:31