Ağsuda karantin qaydalarını pozan kafe aşkarlandı
Hadisə
- 07 yanvar, 2021
- 12:16
Ağsuda xüsusi karantin rejimi qaydalarını pozaraq gizli fəaliyyət göstərən kafe aşkar edilib.
DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı şəhər ərazisində yerləşən “Gözəl Ağsu” adlı kafenin qanunsuz olaraq fəaliyyət göstərdiyi məlum olub.
Obyektə baxış zamanı orada olan icarədar Heyran Məmmədovun və müştərilərin xüsusi karantin qaydalarını pozduqları müəyyən edilib. Həmin şəxslər Polis Şöbəsinə gətirilib.
17 müştəri barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə cərimə protokolu tərtib olunub, kafeni işlədən H.Məmmədov və digər 7 nəfər barəsində toplanmış materiallar isə hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.
Son xəbərlər
06:01
ABŞ Ordusu İrana zərbələrin başa çatdığını elan edib – YENİLƏNİB
Region05:47
"Axios": ABŞ İrana üçüncü hücum dalğasına başlayıb
Digər ölkələr05:32
İran Bəhreynin beşinci hərbi donanmasına hücum edib
Region05:04
İranın Cask şəhərində yeni partlayış səsləri eşidilib
Region04:49
CNN: ABŞ hesab edir ki, İrana zərbələr Tehrana xəbərdarlıqdır
Digər ölkələr04:29
Kuba səfiri: Vaşinqton Havanaya təzyiq üçün sanksiyalardan istifadə edir
Digər ölkələr04:13
Kaya Kallas: İrlandiya Rusiyaya alüminium oksidin daşınmalarını araşdırır
Digər ölkələr03:36
ABŞ Konqresində UNO-lar barədə məlumat verənlərə toxunulmazlıq təklif olunur
Digər ölkələr03:08