Ağstafada qəbiristanlıqdan oğurluq olub - FOTO
Hadisə
- 16 iyun, 2016
- 16:37
Ağstafa. 16 iyun. REPORT.AZ/ Ağstafada qəbiristanlıqdan oğurluq olub.
"Report"un Qərb bürosu xəbər verir ki, hadisə rayonun Dağkəsəmən kəndində baş verib.
Belə ki, gecə saatlarında kənd qəbiristanlığına daxil olan şəxs və ya şəxslər Vidadi Yolçuyevin məzarının ətrafından 10 metr uzunluğunda dəmir hasar aparıblar. Mərhumun övladı Amil Yolçuyev səhər saatlarında qəbiristanlığa gəldiyi zaman məzarın ətrafının boş olduğunu görüb.
Zərərçəkən Bakı-Qazax avtomobil yolunun kənarında yerləşən kənd qəbiristanlığından oğurluğun baş verməsini ərazidə gözətçilərin olmaması ilə əlaqələndirib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
01:11
Tramp: İrana güclü zərbə endirəcəyik
Digər ölkələr00:42
Ağ Ev COVID-19-un laboratoriya mənşəli olması barədə məlumatlar təqdim edib
Digər ölkələr00:15
Hakan Fidan HƏMAS lideri ilə görüşüb
Region23:54
Serbiya parlamenti hökumətə etimadsızlıq qətnaməsini rədd edib
Digər ölkələr23:53
"Sabah"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi müəyyənləşib
Futbol23:50
Ukraynada F-16 qırıcısı qəzaya uğrayıb
Digər ölkələr23:44
Ukrayna HHQ: Rusiya ordusunun raket və PUA hücumu gözlənilir
Digər ölkələr23:36
Zelenski bu gecə Rusiya Silahlı Qüvvələrinin Ukraynaya kütləvi zərbəsini istisna etməyib
Digər ölkələr23:32