Azərbaycanda qadın polis əməkdaşına xəsarət yetirdi
Hadisə
- 03 iyul, 2021
- 08:11
İyulun 1-də Ağdam rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı Əhliyət Qasımova qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Ağdam rayon prokurorluğundan "Report"a verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, vətəndaş müraciəti ilə əlaqədar rayonun Baharlı I qəsəbəsində hadisə yerinə baxış keçirilərkən barəsində şikayət olunan İradə Atayeva xidməti vəzifəsini icra edən hakimiyyət nümayəndəsi olan Əhliyət Qasımovun üzərinə hücum edərək xəsarət yetirib.
Faktla bağlı Ağdam rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə istintaq davam edir.
Son xəbərlər
21:35
Tramp: ABŞ zərurət yaransa İspaniyadakı bazalardan istifadə edəcək
Digər ölkələr21:33
Rəşad Sadıqov: "Zirə"ni Azərbaycan Kuboku və Premyer Liqada həlledici mərhələ gözləyir"
Futbol21:26
Tramp: İranın HDQ, HHQ və HHM sistemləri məhv edilib
Digər ölkələr21:17
Qətərdə partlayış səsləri eşidilir, HHM İran raketlərini zərərsizləşdirir
Digər ölkələr21:07
Rütte: NATO İranın nüvə və raket potensialının ləğvini dəstəkləyir
Digər ölkələr20:52
İran Yaxın Şərqin iqtisadi mərkəzlərinə zərbələr endirməklə hədələyib
Digər ölkələr20:51
Futbol üzrə Azərbaycan Kubokunda ilk yarımfinalçı müəyyənləşib
Futbol20:41
Qətər İrana qarşı döyüş əməliyyatlarında iştirakını təkzib edib - YENİLƏNİB
Digər ölkələr20:39