Ağdamda mina partlayışı olub, xəsarət alan var
Hadisə
- 27 aprel, 2024
- 21:27
Ağdam rayonu ərazisində mina hadisəsi baş verib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumatında bildirilib.
Qeyd olunub ki, 2024-cü il 27 aprel tarixində işğaldan azad edilmiş Ağdam rayonunun Mərzili kəndi ərazisində mina hadisəsi baş verib. Xəsarət alan şəxs 1994-cü il təvəllüdlü Hüseynov Vidadi Vüqar oğlu idarə etdiyi qreyder ilə yolu azaraq minalardan təmizlənməmiş ərazidə tank əleyhinə minaya düşüb.
Hadisə nəticəsində Hüseynov Vidadi sağ əlindən xəsarətlər alıb. Zərərçəkən şəxs rayon xəstəxanasına təxliyə edilib. Mina partlayışı nəticəsində texnikaya zərər dəyib.
Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
Son xəbərlər
19:12
Foto
Jurnalistlər üçün "Təhsildə rəqəmsallaşma" mövzusunda ilk təlim keçirilib
Elm və təhsil19:01
ABŞ tələbə və jurnalistlər üçün viza rejiminə dəyişikliklər edəcək
Digər ölkələr18:53
Konqoda Eboladan ölənlərin sayı 800 nəfərə çatıb
Digər ölkələr18:50
İlin ilk altı ayında korrupsiya ilə əlaqəli 34 halda vətəndaş və vəzifəli şəxslərə xəbərdarlıq edilib
Hadisə18:49
Sabah Biləsuvarın bir hissəsində qaz kəsiləcək
Energetika18:46
Bu ilin birinci yarısında korrupsiya törədən 13 nəfər cinayət başında yaxalanıb, 54 iş məhkəməyə göndərilib
Hadisə18:45
Birinci yarımildə cinayət işləri üzrə 1,4 milyon manatlıq əmlak üzərinə həbs qoyulub
Hadisə18:38
İlham Əliyev Donald Trampa təşəkkür edib
Xarici siyasət18:37
Foto