Abşeronda restoran sahibi və toyun təşkilatçısı cərimələnib
Hadisə
- 26 iyul, 2021
- 06:10
Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə Ceyranbatan qəsəbəsi ərazisində yerləşən "Ovqat" restoranında təşkil olunan toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.
DİN-dən "Report"a bildirilib ki, aparılan yoxlamalar zamanı təşkil edilən toy mərasimi ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi, müəyyənləşdirilmiş say həddindən artıq qonağın iştirak etməsi, masalarda qonaqların sıx əyləşdirilməsi müəyyən olunub.
Həmin obyektın sahibi və məclisin təşkilatçısı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 4000 manat məbləğində cərimə olunub.
Son xəbərlər
16:28
Azərbaycanda nəqliyyat sahəsində yeni dövlət standartları qəbul edilib
Biznes16:26
Foto
Yevlax Olimpiya İdman Kompleksində cüdo zalı istifadəyə verilib
Fərdi16:23
KİV: İran Hörmüz boğazını aprelin 10-a qədər aça bilər
Region16:22
Heqset: İranın müdafiə-sənaye potensialı tamamilə məhv edilib
Digər ölkələr16:21
Aralıq dənizində 4,8 maqnitudalı zəlzələ olub
Region16:20
Qazaxıstanın XİN rəhbəri və nəqliyyat naziri Ermənistana səfər edəcəklər
Region16:20
İran BƏƏ və Küveytə PUA-larla zərbə endirib
Region16:20
Agentlik: Bu il 70-dən çox uşağın müəssisəyə verilməsinin qarşısı alınıb
Hadisə16:20