Abşeronda evlərdən 2 400 manatlıq oğurluq edildi
Hadisə
- 13 yanvar, 2021
- 08:20
Abşeron rayonunda evlərdən oğurluq edən şəxs tutulub.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 2 evdən 2 450 manat dəyərində kondisioner, kombi, divar saatı və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş S.Səlimov saxlanılıb.
Ətrafında aparılan tədbirlərlə onun Xırdalan şəhəri ərazisində 2 nəfərə məxsus yarımtikililərdən 150 metr elektrik naqili, təmir-tikinti alətləri, inşaat materialları və avtomobil ehtiyat hissələri oğurlaması da müəyyən edilib.
Son xəbərlər
22:10
Böyük Britaniya parlamenti "Mandelson işi" üzrə Starmerin hərəkətlərini araşdırmaqdan imtina edib
Digər ölkələr21:36
BƏƏ OPEC-dən çıxdıqdan sonra da tərəfdaşları ilə əməkdaşlığı gücləndirəcək
Energetika21:29
Hakan Fidan Dubrovnikdə xorvatiyalı həmkarı ilə görüşüb
Digər ölkələr21:14
Buryatiyada qar uçqunu nəticəsində ölənlərin sayı altı nəfərə çatıb - YENİLƏNİB
Region20:55
Elçin Əmirbəyov və Edmondo Çirielli Azərbaycan-İtaliya tərəfdaşlığının möhkəmləndirilməsini müzakirə ediblər
Xarici siyasət20:50
Video
Rəhim Həsənov hakimlərin XXIX turda mübahisəli epizodlar zamanı düzgün qərarlar verdiyini təsdiqləyib
Futbol20:46
İranın Böyük Britaniyadakı səfiri XİN-ə çağırılıb
Digər ölkələr20:27
SEPAH Kürdüstan vilayətində antiterror əməliyyatı keçirib
Region20:14
Foto