Mehdiabadda 60 yaşlı kişinin öldürülməsi ilə bağlı cinayət işi başlanıb - YENİLƏNİB
- 10 oktyabr, 2025
- 16:20

Mehdiabad qəsəbəsində 60 yaşlı kişinin öldürülməsi ilə bağlı cinayət işi başlanıb.
Bu barədə "Report"a Abşeron rayon Prokurorluğundan məlumat verilib.
Qeyd olunub ki, oktyabrın 9-da Abşeron rayonu ərazisində 1965-ci il təvəllüdlü Maşallah Cəfərovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1968-ci il təvəllüdlü Eldar Məmmədovun bıçaqla xəsarət yetirərək Maşallah Cəfərovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Eldar Məmmədov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.
Abşeron rayonu Mehdiabad qəsəbəsində qətl hadisəsi törədilib.
"Report"un yerli bürosu xəbər verir ki, Mehdiabad qəsəbəsində 1965-ci il təvəllüdlü Səfərov Maşallah Qoçəli oğlu bıçaqlanaraq öldürülüb.
Hadisəni törətməkdə şübhəli bilinən 1968-ci il təvəllüdlü Eldar Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.