"Zirə"nin hücumçusu: "Şadam ki, Gürcüstan millisi mənim qolumla qələbə qazandı"

Futbol
  • 16 noyabr, 2021
  • 10:34
Zirənin hücumçusu: Şadam ki, Gürcüstan millisi mənim qolumla qələbə qazandı
Davit Volkov

"Hamını qələbə münasibətilə təbrik edirəm. Yığmaya çağırılmağıma xeyli sevinmişdim və var qüvvəmlə şanslarımdan yararlanmağa çalışırdım".

"Report"un məlumatına görə, bu fikirləri Gürcüstan millisində çıxış edən "Zirə" klubunun futbolçusu Davit Volkov Özbəkistana 1:0 hesabı ilə qalib gəldikləri yoldaşlıq görüşü barədə danışarkən deyib.

Oyunda yeganə qolun müəllifi olan 28 yaşlı hücumçu matça start heyətdə başlamasından məmnunluq ifadə edib: "Şadam ki, komandamız mənim qolumla qələbə qazandı. Yığmamıza uğurlar arzulayıram. İli qələbə ilə başa vurmağımıza sevinirəm".

Qeyd edək ki, Davit Volkov hazırda 8 qolla Azərbaycan Premyer Liqasının bombardiridir.