"Real"ın zədəsi sağalan müdafiəçisi əsas heyətə qayıdır
Futbol
- 13 fevral, 2026
- 22:02
İspaniyanın "Real" klubunun müdafiəçisi Antonio Rüdiger zədədən sonra əsas heyətə qayıtmağa hazırlaşır.
"Report" "Diario AS" nəşrinə istinadən xəbər verir ki, alman futbolçunun "Real Sosyedad"a qarşı keçiriləcək qarşıdakı matçda meydana çıxacağı gözlənilir.
Rüdiger Çempionlar Liqasının pley-off mərhələsində Portuqaliyada "Benfika"ya qarşı səfər oyununa da hazır olacaq.
Onun qayıdışı start heyətində yer alan Din Heysen üçün ciddi rəqabət yaradır. Mənbənin yazdığına görə, əgər Rüdiger növbəti həftə əsas heyətdə oynamağa tam hazır olarsa, böyük ehtimalla Heysen ehtiyatda qalacaq.
Qeyd edək ki, Xabi Alonsonun rəhbərliyi altında mövsümə yaxşı başlayan Madrid təmsilçisi oktyabrdan sonra baş verən zədələr səbəbindən sabit çıxışda çətinlik çəkib.
Son xəbərlər
23:49
İsrail Ordusunun qərargah rəisi Qəzzanın demilitarizasiya kursunu təsdiqləyib
Digər ölkələr23:24
Tramp: ABŞ-nin ikinci aviadaşıyıcısı tezliklə İran sahillərinə göndəriləcək
Digər ölkələr23:05
Mehdiyevin "kabinet"i kölgədə qaldı və ya Əlinin əli kimin cibindən çıxdı?
Daxili siyasət22:58
Türkiyə Superliqasında "Qalatasaray" növbəti qələbəsini qazanıb
Futbol22:49
İlham Əliyev: Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq
Xarici siyasət22:41
İlham Əliyev: Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir
Xarici siyasət22:39
Prezident: Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir
Xarici siyasət22:34
Azərbaycan Prezidenti: Sülh Şurasının yaradılması təşəbbüsü ilə çıxış etməklə Prezident Tramp böyük bir iş gördü
Xarici siyasət22:31