"Yuventus"un futbolçusu zədə səbəbindən mövsümü başa vurub
Futbol
- 23 fevral, 2022
- 06:16
İtaliyanın "Yuventus" klubunun futbolçusu Ueston Makkenni mövsümün sonunadək sıradan çıxıb.
"Report" "Football Italia" nəşrinə istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi İspaniyada "Vilyarreal"a qarşı UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda zədələnib.
ABŞ-dan olan oyunçu 81-ci dəqiqədə əvəzlənib və xəstəxanaya aparılıb. Makkenninin sol ayağındakı iki sümüyündə sınıq aşkarlanıb.
Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Ueston Makkenni cari mövsüm Turin təmsilçisində 28 oyuna çıxıb və 4 qolla yadda qalıb.
Son xəbərlər
23:34
Venesuelada zəlzələ qurbanlarının sayı 3 minə yaxınlaşıb
Digər ölkələr23:25
Azzedin Unahi Kanada - Mərakeş matçının ən yaxşı futbolçusu seçilib
Futbol23:20
Zəngilanda 64 yaşlı kişi Həkəri çayında boğularaq ölüb
Hadisə23:05
Zelenski: Ukrayna dənizdə dronlarla müdafiə xətti yaradacaq
Digər ölkələr23:04
DÇ-2026: Kanadaya qalib gələn Mərakeş 1/4 finala yüksələn ilk komanda olub - YENİLƏNİB-5
Futbol22:32
Antonelli "Formula-1" üzrə Böyük Britaniya Qran-prisinin təsnifat mərhələsində qalib olub
Formula 122:05
Foto
"Gənc xilasedici" XII beynəlxalq yarışının qalibləri mükafatlandırılıb
Daxili siyasət22:02
Türkiyədə mikroavtobus dərəyə aşıb, 22 nəfər xəsarət alıb
Region21:51