"Yuventus" qapıçı axtarışına başlayıb
Futbol
- 24 fevral, 2026
- 23:57
İtaliyanın "Yuventus" klubu qapıçı mövqeyini gücləndirmək niyyətindədir.
"Report" "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, Turin təmsilçisi Mikel Di Qreqorionun çıxışından narazıdır və daha yüksək səviyyəli qolkiper axtarır.
"Qoca sinyora"nın "çərçivə"sini qorumağa əsas namizədlər Alisson Bekker ("Liverpul") və Quqlielmo Vikariodur ("Tottenhem"). Alissonun "Liverpul"la müqaviləsinin müddəti 2027-ci ildə başa çatır, həmçinin o, baş məşqçi Luçano Spaletti ilə vaxtilə "Roma"da birgə çalışıb.
Mənbənin yazdığına görə, "Yuventus" artıq Vikarionun meneceri ilə təmasa keçib. "Tottenhem" qapıçını 25–30 milyon avro dəyərində qiymətləndirir.
Son xəbərlər
06:20
Tramp ABŞ qoşunlarının regiondan çıxarılması xəbərlərini şərh etməkdən yayınıb
Digər ölkələr05:51
Vaşinqtonda on minlərlə insan genişmiqyaslı yanğınlar səbəbindən evlərini tərk edib
Digər ölkələr05:18
İspaniya hakimiyyəti Seutada miqrantlara su paylanmasını təşkil edib
Digər ölkələr04:50
Reyndə su səviyyəsinin enməsi Almaniyada yükdaşımalarına təhlükə yaradır
Digər ölkələr04:24
Misirdə 5,3 maqnitudalı zəlzələ baş verib
Digər ölkələr03:55
Britaniya 2027-ci il seçkilərindən sonra Fransanın siyasi kursunun dəyişməsindən ehtiyat edir
Digər ölkələr03:22
Vuçiç Dunayda gəmiçiliyin dayanması təhlükəsi barədə xəbərdarlıq edib
Digər ölkələr02:59
Nürnberqdə 1,8 minə yaxın musiqiçi 72 saat fasiləsiz ifa edb
Maraqlı02:45