“Yuventus” İtaliya Kubokunun qalibi oldu
Futbol
- 19 may, 2021
- 21:07
Futbol üzrə İtaliya Kubokunun final matçında “Yuventus” “Atalanta” ilə qarşılaşıb.
“Report” xəbər verir ki, qarşılaşma “Yuventus”un 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda hesab 31-ci dəqiqədə açılıb – Deyan Kuluşevski fərqlənib. Lakin 10 dəqiqə sonra Ruslan Malinovski “Atalanta”nın bərabərlik qolunu vurub. Matçın 73-cü dəqiqəsində Federiko Kyeza “Yuventus”un qələbə qoluna imza atıb. Bununla da Turin təmsilçisi İtaliya Kubokunun qalibi olub.
Qeyd edək ki, “Yuventus” 1938, 1942, 1959, 1960, 1965, 1979, 1983, 1990, 1995, 2015, 2016, 2017, 2018-ci illərdə də İtaliya Kubokunun qalibi olub.
Son xəbərlər
15:17
Özbəkistanda Azərbaycan kapitallı 470-dən çox şirkət fəaliyyət göstərir
Biznes15:17
Azərbaycan və Qazaxıstan Ələt limanında birgə terminal tikməyə hazırlaşır
Xarici siyasət15:13
Futbol üzrə Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümünün püşkü atılıb
Futbol15:06
Sultan Raev: Poeziya və mədəniyyət türk xalqlarını mənəvi cəhətdən birləşdirir
Mədəniyyət siyasəti15:03
Ukraynanın yeni Nazirlər Kabinetində nazirliklərin sayı 15-dən 17-yə çatıb
Region15:02
525 nömrəli marşrutun fəaliyyəti təkmilləşdirilir
İnfrastruktur15:02
UKMTO Yəmən sahillərində ticarət gəmisinin saxlanıldığı ehtimalı barədə məlumat verib
Digər ölkələr15:02
Foto
Kamran Əliyev Samux rayonunda vətəndaşları qəbul edib
Daxili siyasət15:01