"Yuventus" "Everton"un futbolçusunu icarəyə götürməyi planlaşdırır
Futbol
- 27 yanvar, 2026
- 15:19
İtaliyanın "Yuventus" klubu "Everton"un (İngiltərə) hücumçusu Betunu heyətinə qatmaqda maraqlıdır.
"Report" "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, Turin təmsilçisi 27 yaşlı futbolçunu bu ay icarəyə götürməyi planlaşdırır.
Razılaşmaya mövsümün sonunda Qvineya-Bisau əsilli oyunçunun transfer hüquqlarını birdəfəlik almaq bəndi də daxil edilə bilər. Artıq vasitəçilər bu keçid üzərində işə başlayıblar. Betu ilə həmçinin Türkiyənin "Fənərbağça" klubu da yaxından maraqlanır və ötən həftə tərəflər arasında görüş keçirilib.
Qeyd edək ki, cari mövsümdə 26 matçda 3 qol vuran hücumçunun "Everton"la müqaviləsinin müddəti 2027-ci ilin iyununa qədərdir. "Transfermarkt" portalı onun dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.
Son xəbərlər
19:50
"Liverpul"un baş məşqçisi: "Qarabağ"a qarşı yaxşı hazırlaşmışıq"
Futbol19:48
Avropa Parlamenti ABŞ ilə ticarət sazişinin ratifikasiyasına tələsmir - İCMAL
Digər ölkələr19:41
Ceremi Frimponq: "Qarabağ" tam olaraq Çempionlar Liqası səviyyəsinə uyğun komandadır"
Futbol19:36
Foto
XIII Qlobal Bakı Forumuna hazırlıq müzakirə olunub
Xarici siyasət19:30
KİV: Suriyadan İraq həbsxanalarına daha 300 İŞİD üzvü köçürülüb
Digər ölkələr19:28
Qafqaz Albaniyasına dair tədqiqatlar Kəlbəcər ərazisində də planlaşdırılır
Elm və təhsil19:26
Erməni nazir: İrəvan və Bakı mayeləşdirilmiş qazın Azərbaycan vasitəsilə tədarükü barədə razılığa gəliblər
Energetika19:16
Foto
AMEA-nın Rəyasət Heyətinin növbəti iclası keçirilib
Elm və təhsil19:12