"Yuventus" "Barselona"nın hücumçusu ilə razılaşdı
Futbol
- 04 sentyabr, 2020
- 12:02
İspaniyanın "Barselona" klubunun futbolçusu Luis Suares İtaliya "Yuventus"una keçməyə çox yaxındır.
"Report" BBC-yə istinadən xəbər verir ki, 33 yaşlı hücumçu Turin təmsilçisi ilə müqavilənin şərtlərini razılaşdırıb.
Tərəflər uruqvaylı forvardın Kataloniya təmsilçisi ilə müqavilənin ləğv edilməsini gözləyirlər.
Qeyd edək ki, Luis Suares 2019/2020 mövsümündə 36 matçda meydanda olub, 21 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2014-cü ildən "Barselona"nın formasını geyinir. Hücumçunun hazırkı sözləşməsi 2020/2021 mövsümünün sonuna qədər nəzərdə tutulub, lakin komandanın yeni baş məşqçisi Ronald Kuman ondan istifadə etmək fikrində deyil.
Son xəbərlər
00:57
Tramp: NATO-da ziddiyyətlər Qrenlandiya məsələsindən başlayıb
Digər ölkələr00:38
Azərbaycan və Türkiyənin Bolqarıstandakı səfirləri Sofiyada görüşüblər
Xarici siyasət00:17
NASA: Astronavtlar Aya maksimum dərəcədə yaxınlaşıblar
Elm və təhsil23:59
Tramp: Hörmüz boğazında gəmiçiliyin bərpası prioritetdir
Digər ölkələr23:44
AAYDA: Selin ziyanlarının aradan qaldırılması istiqamətində işlər gücləndirilmiş rejimdə davam etdirilir
İnfrastruktur23:33
Bibiheybət yolunda torpaq sürüşməsinin olduğu ərazi nəzarətdə saxlanılır - BİRGƏ MƏLUMAT
İnfrastruktur23:21
Əraqçi yaponiyalı həmkarı ilə telefon danışığının detallarını açıqlayıb
Region23:10
İranın ən böyük uran emalı müəssisələrindən biri bombalanıb
Region23:02