"Yuventus" 43 yaşlı Buffonla müqaviləni yeniləyir
Futbol
- 27 yanvar, 2021
- 11:31

İtaliyanın "Yuventus" klubu oyunçusu Canluici Buffonla yeni müqavilə imzalayacaq.
"Report" xəbər verir ki, bu barədə italiyalı jurnalist Tankredi Palmyeri özünün tvitter səhifəsində yazıb.
Onun sözlərinə görə, yanvarın 28-də 43 yaşı tamam olacaq qolkiper daha bir mövsüm oynamaq istəyir.
Buffonun sözləşməsinin müddəti 2022-ci ilin yayınadək uzadılarsa, o, A Seriyasında ən yaşlı oyunçu kimi tarixə düşmüş "Latsio"nin sabiq qolkiperi Marko Ballottanın (44 yaş 1 ay 8 gün) rekordunu yeniləyəcək. Çünki Buffon 2021/2022 mövsümünün sonunda 44 yaş 4 aylığında olacaq.
Qeyd edək ki, cari mövsüm "Yuventus"un heyətində 6 oyun keçirən Canluici Buffon 4 qol buraxıb.
Son xəbərlər
09:49
Sumqayıtda təkər emalı zavodunun fəaliyyəti dayandırılıb
Digər09:45
TƏBİB-in Çağrı Mərkəzinə doqquz ayda 110 mindən çox zəng daxil olub
Sağlamlıq09:36
Qadın və kişi voleybolçuların Yüksək Liqasında II turun oyunları keçiriləcək
Komanda09:29
Gürcüstan 9 ayda Azərbaycana 21 milyon dollarlıq mal-qara satıb
Biznes09:27
Foto
Azərbaycan və Qazaxıstan İKT sahəsində əməkdaşlığı müzakirə edib
İKT09:22
"Atletiko" stadionda isti suyun olmamasına görə "Arsenal"dan UEFA-ya şikayət edib
Futbol09:22
Takaiti Yaponiya tarixində ilk qadın Baş nazir olub - YENİLƏNİB
Digər ölkələr09:20
EBRD sentyabr ayında Azərbaycandakı layihələr üzrə əməliyyat aktivlərini artırıb
Maliyyə09:12